Sumqayıt Gənclər Evində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda bu gün, 29 aprel tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən xəbər veririk.
Görüşdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində aparılan mübarizənin nəticələrindən məlumat verilib. Tədbirdə, həmçinin narkotiklərin törətdiyi fəsadlarla bağlı videoçarxlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Görüşdə İdarənin əməkdaşları, digər aidiyyəti dövlət qurumları, eləcə də yeniyetnmələr və valideynlər iştirak ediblər.