Sumqayıtda çalışmış dövlət məmuru vəfat edib. Sumqayıt24 bu barədə 1 noyabr tarixində xəbər verir.
Aydın Yusif oğlu Məmmədov 15 may 1932-ci ildə ziyalı ailəsində dünyaya gəlib. Məmmədov 1957-ci ildən Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Sumqayıt Şəhər Komitəsinin birinci katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin ikinci, sonra isə birinci katibi vəzifələrini icra edib. 1958-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1971-1981-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin sədri vəzifəsində çalışıb.
1983-cü ildə Azərbaycan SSRİ-nin Əhaliyə Məişət xidməti naziri olub. 1988-ci ildən Azərbaycan Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışıb. O, 8-ci, 9-cu, 10-cu, 11-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib.
“Oktyabr İnqilabı” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif edilib.