Təlimçi Nurlan Həsənsoyun təqdimatında “N5.1 Peşəkar İdarəetmə Proqramı” mövzusunda görüş keçirilib. Bu barədə 9 avqust tarixində Sumqayıt24 xəbər verir.
Gənclərin İnkişaf və Karyera Mərkəzi və Sumqayıt Gənclər Klubunun birgə təşkil etdiyi təlim Heydər Əliyev Mərkəzində baş tutub.
Burada gənclərlə bərabər “İdarəetmənin əsasları”, “İdarəetmə psixologiyası”, “Tabe etmə teoremləri”, “İdarəetmə teoremləri”, Kütlə psixologiyası”, “Manipulyasiya”, “İdarəetmə sistemləri” kimi mövzular ətrafında diskussiyalar aparılıb. Sonda isə onların sualları cavablandırılıb.