top
Sumqayıt gəncləri bu il də Bakının ümidinə qaldılar…
16 mart 2026, 19:50
- ↺ +

Sumqayıt gəncləri bu il də Bakının ümidinə qaldılar…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir müddət əvvəl Sumqayit24.az olaraq yazmışdıq ki, paytaxt Bakının mərkəzində – Nizami küçəsi ("Torqovıy") ərazisində hər il olduğu kimi Novruz münasibətilə bayram yarmarkası təşkil olunur və minlərlə insanın üz tutduğu bu məkan şəhərdə əsl bayram ab-havası yaradır. Həmin vaxt Sumqayıt sakinləri də sual edirdi: bəs bizim şəhərdə niyə belə bir yarmarka yoxdur?

Görünür, bu sual cavabsız qalmayıb.

Artıq Sumqayıtın mərkəzində – Kimyaçı Mədəniyyət Sarayı qarşısında "Kənddən Şəhərə" yarmarkası təşkil olunub. Yarmarkada əsasən bölgələrdən gətirilən kənd təsərrüfatı məhsulları – meyvə, tərəvəz, bal və digər məhsullar satışa çıxarılıb. Şəhər sakinləri üçün bu təşəbbüs əlbəttə ki, müsbət qarşılanır.

Amma məsələ təkcə ticarətlə bitmir.

Sumqayıt gənclərinin və şəhər sakinlərinin bir qismi deyir ki, onların gözlədiyi daha fərqli idi. Çünki Bakıda keçirilən "Torpaq əlimdə, bahar ürəyimdə" kimi Novruz yarmarkaları təkcə alış-veriş məkanı deyil – orada müxtəlif əyləncələr, fotoguşələr, dekorativ Novruz kompozisiyaları və müxtəlif festivallar da təşkil olunur.

Bu isə bayramı sadəcə bazara yox, əsl şəhər festivalına çevirir.

Sumqayıtlı gənclər hesab edir ki, ölkənin ən böyük və ən gənc şəhərlərindən biri olan Sumqayıtda da belə tədbirlər üçün bütün imkanlar var. Onların fikrincə, Novruz kimi milli bayramda şəhərin mərkəzində musiqi, dekorasiya, əyləncə və festival ab-havası yaradan böyük bir bayram yarmarkası təşkil etmək mümkündür.

Beləliklə, Sumqayıtda yarmarka artıq var.

Amma görünür, şəhər sakinlərinin gözlədiyi yalnız meyvə-tərəvəz satılan bazar deyil, bayramın özüdür.

 

Son xəbərlər

İdman
Bu gün, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Oxşar xəbərlər