Sumqayıt gömrüyünün sabiq rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib. Sumqayıt24 bu haqda bu gün, 23 iyun tarixində APA-ya istinadən xəbər verir.
Məlumata əsasən, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə gömrük general-mayoru Ehtiram Xəlilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru olan Xəlilov DTX-nın keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılmışdır.