Sumqayıtda 1 il ərzində koronavirusa qarşı vaksinasiya olunanların sayı açıqlanıb. Bu haqda DünyaTV-yə istinadən xəbər veririk.
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxovanın verdiyi məlumata görə, ölkədə vaksinasiyaya start verilən gündən bu günədək 226 min sumqayıtlıya peyvənd vurulub. Bu prosesi icra etmək üçün, ümumilikdə 503 mindən çox doza vaksin istifadə olunub.
Həmçinin, Sadıxova qeyd edib ki, 2021-ci ilin oktyabrından etibarən 67 min vətədnaşa 3-cü “Buster” doza peyvənd vurulub.