Sumqayıt şəhərini gecə saatlarında xoşagəlməz qoxu bürüyür. Bu barədə Sumqayıt24-ə izləyicilər bildirib.
Məlumata əsasən, bu hal, demək olar hər gün müşahidə olunur. Oxucular deyir ki, bir gecə yanan zibilin, növbəti gün isə zavodlardan buraxılan “qazovka”nın iyi ətrafa yayılır. Yayın boğanağına baxmayaraq sakinlər boğulmamaq üçün pəncərələri bağlı saxlayırlar.
Bu məsələ ilə bağlı Sumqayıtın müxtəlif nöqtələrindən redaksiyamıza şikayətlər ünvanlanır. Vətəndaşlar bu qoxuların mənbəyinin öyrənilməsi və tezliklə aradan qaldırılmasını istəyirlər.