Sumqayıt Hərbi Prokurorluğunda hərbçinin ölümü ilə bağlı cinayət işi başlanılıb. Bu haqda bu gün, 2 iyul tarixində Report.az-a istinadən xəbər veririk.
Məlumata əsasən, əsgər Nurlan Ağamalıyev 2 iyul səhər saatlarında həlak olub. O, Azərbaycan Ordusunun Bakı qarnizonunda xidmət edirdi.
Sumqayıt Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək meyitə baxış keçiriliblər.
Fakt üzrə cinayət işi başlanılıb.