Sumqayıtda yerləşən "AzMet" QSC-nın direktoru Murad İbrahimov 3000 manat məbləğində cərimələnib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün, 9 avqust məlumat verib.
Gecə saatlarında havaya normadan artıq tullantı atıldığına şübhə yarandığı üçün "AzMet" QSC-nin zavodunun ətrafında yenidən monitorinq aparılıb. Bu zaman, həmin müəssisənin qaz-toz tutucu qurğusunda təmizləyici filtrlərin işləmədiyi, havaya normadan artıq tüstünün atıldığı aşkar olunub.
Daha öncə , 7 avqust "Baku Non Ferrous and Foundry Company" MMC və H.Z.Tağıyev adına qəsəbədə fəaliyyət göstərən yağ zavodunda nöqsanlar aşkar edilmişdir. Toplanan dəlillər Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir.