Sumqayıt şəhərində stasionar mənbələrdən atmosferə atılmış çirkləndirici maddələrin həcmi artıb. Sumqayıt24 bu haqda bu gün, 31 mart tarixində Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Sumqayıtda 0,7 min ton artıb.
Qeyd edək ki, 2021-ci ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən havaya buraxılmış çirkləndiricilərin həcmi 2020-ci illə müqayisədə 39.5 min ton çoxalıb.