İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən bu ilin noyabr ayı ərzində Sumqayıt TƏB-i üzrə 42.794 vətəndaş müraciət edib. Bu barədə bu gün 16 dekabr tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Cari ilin noyabr ayı ayında Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 113 təşkil edib.
Bir ay ərzində ən çox xidmət Sumqayıt Tibb Mərkəzi (129.561) göstərib. Ümümi Sumqayıt TƏB üzrə 140.999 tibbi xidmət göstərilib.
Ötən ay ərzində 42.464 vətəndaşa tibbi xidmət göstərilmişdir.