Sumqayıtda 22 yanvar saat 15:00-da “İlkin Kompüter bacarıqları” adlı ödənişsiz təlim baş tutacaq. Bu haqda bu gün, 21 yanvar tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzi məlumat yayıb.
Təlimlər zamanı “MS office” proqramlarında işləmək üçün baza bacarıqlar öyrədiləcək. Həmçinin “Windows Server”, “Linux”, “Şəbəkə”, “Modem və cihazlar, “Mühafizə sistemləri” mövzularında praktik məşğələlər keçiriləcək.
Təlimçi qismində "Bakı Konqres Mərkəzi"ndə Sistem Administratoru vəzifəsini icra edən Taleh Hüseynov çıxış edəcək.
Heydər Əliyev mərkəzində keçirilən təlimə qatılmaq üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçmək mümkündür: https://bit.ly/3tlCMtx