"Sumqayıt-2" futbol klubu cəzalandırılıb.
Sumqayit24.az xəbər verir ki, AFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda Əvəzedicilər Liqasının 17-ci turu ilə bağlı qərarlar qəbul edilib. Qərarlardan biri "Sumqayıt-2" – "Turan Tovuz-2" matçı ilə bağlı olub.
Belə ki, oyunun qapı torunda problem olduğuna görə matç gec başladığı üçün "Sumqayıt-2" komandası 200 manat cərimə edilib.