Sumqayıt incəsənət məktəbinin nağara sinfinin şagirdi yüksək nailiyyət əldə edib. Sumqayıt24 bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Beləliklə, Ə. Bakıxanov adına şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin şagirdi Tural Əliyev beynəlxalq müsabiqə-festivalına qatılıb. Nəticədə o, Astanada keçirilmiş 9-cu həm solo, həm də müəllim-şagird nominasiyalarında uğur qazanaraq 1-ci dərəcəli diploma layiq görülüb.
Turalın müəllimi Sədi Əsgərov və konsertmeyster Gülər Babayeva da təşəkkürnamə ilə təltif olunublar.