Sumqayıtın incəsənət məktəbi “Uluslararası 23 Nisan Çocuk Şenliği”-ndə təmsil olunub. Bu haqda Sumqayıt24 bu gün, 4 may tarixində xəbər verir.
Festival Türkiyədə, Nazilli Bələdiyyəsi tərəfindən təşkil olunub. Burada Q. Qarayev adına 1 nömrəli Uşaq Musiqi məktəbinin şagirdləri İnci Vəlizadə, Səid Vəlizadə və Ayla Pənahova iştirak ediblər. Onlara təşəkkürnamə verilib.
Festivala şagirdləri müəllim Esmira Əliyeva hazırlayıb.