Sumqayıt İstedad Liseyində "Ətraf mühitlə tanışlıq" praktiki sessiya keçirilib. Bu haqda bu gün, 13 aprel tarixində Sağlam Düşüncə Gənclər Təşkilatına (SDGT) istinadən xəbər veririk.
Məlumata əsasən, sessiya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Avropa Həmrəylik Korpusu proqramı çərçivəsində Türkiyədən şəhərimizə qısa zaman müddətinə gələn könüllülər - Ahmet Can Çıkla və Fatma Aydın tərəfindən keçirilib. Sessiya zamanı gənclər könüllülər ilə birgə pambığa bitki əkiblər.