Sumqayıt Diskussiya Klubunun yekun konfransı keçirilib. Sumqayıt24 bu haqda Britaniyanın Azərbaycandakı Səfirliyinə istinadən xəbər verir.
Tədbir Azərbaycanda keçmiş məcburi köçkün qadınların səlahiyyətlərinin və bacarıqlarının artırılması ilə bağlı idi. Mütəxəssislər vəkillik kampaniyasının son nəticələrindən danışıb, Böyük Qayıdış Proqramı barədə fikir mübadiləsi aparıblar.
Sonra hüquqşünas Aydın Kərimov, uzaq bölgələrdəki qadınların üzləşdikləri problemlərdən söz açıb, qadınların öz hüquqları haqqında az məlumatlı olmaları və keçirilən təlimlərin effektivliyini vurğulayıb.
Çıxış edən Nəzrin Fəyyaz Böyük Qayıdışla bağlı sosioloji tədqiqat zamanı topladığı təcrübələr və əldə olunan nəticə haqqında danışıb.