İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirinin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıtda olub. Sumqayıt24 bu haqda İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib. İZİA-nın idarə heyətinin sədri Elşad Nuriyev qonaqlara mövcud sənaye zonaları və aqroparklar, həyata keçirilən investisiya layihələri barədə məlumat verib. Həmçinin sənaye zonaları və aqroparkların təqdimatı nümayiş etdirilib.
Nümayəndə heyəti “Azertexnolayn” MMC-nin Polad boru, “STP” MMC-nin isə Kabel zavodlarında gedən istehsal prosesi ilə tanış olub