Sumqayıt Kiçik və Orta Biznesin İnkişafı Mərkəzində (KOBİM) biznes idarəçiliyi istiqamətində təlimlər start götürəcək. Sumqayıt24 bu haqda bu gün, 5 aprel tarixində KOBİM-in Facebook hesabına istinadən xəbər verir.
Məlumata əsasən, 8 aprel tarixindən etibarən sahibkarlara biznes istiqamətli nəzəri və praktiki təlimlər keçiriləcək. Həmçinin bilik və bacarıqların artırılması istiqamətində seminarlar təşkil ediləcək.
Sumqayıt şəhərində fəaliyyət göstərən mərkəzə sahibkarlar təlim, məsləhət və şəbəkələşmədə dəstək xidmətləri üçün ödənişsiz müraciət edə bilərlər.
Sumqayıt KOBİM 36-cı məhəllədə (Mərkəz Plaza, 5-ci mərtəbə) yerləşir.