Sumqayıt KOBİM-də “Biznesə başla” təlimləri ilk qrup üçün başa çatıb. Bu haqda bu gün, 21 aprel tarixində mərkəzin Facebook hesabına istinadən xəbər veririk.
Məlumata əsasən, mart ayı ərzində sahibkarlara biznesə başlamaq, soft skills (yumşaq bacarıqlar), layihə idarəetməsi, maliyyənin idarə edilməsi, korporativ hüquq, satış və marketinq, rəqəmsal bacarıqlar və “Yaşıl iqtisadiyyat” barədə məlumat verilib.