Sumqayıtda “İşgüzar ünsiyyət bacarıqları” mövzusunda təlim keçirilib. Bu haqda bu gün, 4 iyul tarixində KOBİM-ə istinadən xəbər veririk.
Təlim zamanı müştərilərlə effektiv ünsiyyətin qurulma üsulları, verbal və qeyri-verbal danışıq və peşəkar işgüzar danışıqların aparılması yolları haqqında ətraflı məlumat verilib.
Bundan əlavə müştəriləri dinləmə, inandırma və konstruktiv münaqişələrin həlli bacarıqlarına da toxunulub. 12 nəfərin qatıldığı təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.