Sumqayıt KOBİM tərəfindən “Marketinq” mövzusunda təlim baş tutub. Bu barədə 18 avqust tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən məlumat veririk.
Təlimdə KOBİM-in eksperti tərəfindən:
- bazar seqmentinin müəyyən olunması,
- bazar araşdırmasının aparılma yolları,
- rəqib analizi barədə iştirakçılara məlumat verilib.
Eyni zamanda reklam və marketinq strategiyaları, məhsul və xidmətin tanıtımı və düzgün hədəf auditoriyasının seçilmə üsulları sahibkarların diqqətinə çatdırılıb. Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.