Sumqayıt KOBİM “Biznes strategiyası” mövzusunda təlim keçirib. Bu barədə 15 avqust tarixində Kiçik və Orta Biznesin İnkişaf Mərkəzinə istinadən məlumat veririk.
Seminarda KOBİM-in eksperti tərəfindən:
- ideyanın biznesə çevrilmə yolları;
- uğurlu biznes strategiyasının tətbiqi;
- müştəri ehtiyaclarının müəyyən olunma yolları barədə iştirakçılara məlumat verilib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.