Sumqayıt Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) fəaliyyətini yeni ünvanda davam edəcək. Bu haqda Mərkəz öz Facebook hesabında məlumat yayıb.
Məlumata əsasən, Mərkəz artıq Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 36-cı məhəllə (Mərkəz Plaza 5-ci mərətəbə) ünvanında yerləşir. Bundan əlavə vətəndaşlar sumqayı[email protected] saytında qeydiyyatdan keçərək müxtəlif istiqamətlər üzrə təlim və məsləhət xidmətlərindən yararlana bilərlər.