Sumqayıtda 1 nəfər mənzildə bağlı qapı arxasında qalıb. Sumqayıt24 bu haqda 7 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumatdan sonra Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri ünvana cəlb ediliblər. Onlar giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə tapıblar.