Sumqayıt Kommersiya Məhkəməsində kadr dəyişikliyi olub. Bu haqda bu gün, 1 iyul tarixində Prezident.az-a istinadən xəbər veririk.
Prezident İlham Əliyev "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Xəqani Tağıyev Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilib.
Bundan sonra, Sumqayıt Kommersiya Məhkəməsinin hakim vəzifəsini Həlimə Alıyeva icra edəcək.
Xəqani Tağıyev isə Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib.