Sumqayıtın 40-cı məhəlləsində işıq dirəkləri sökülüb. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.
İşlər məhəllənin Lermontov küçəsinə düşən hissəsində (Təcili Tibbi Yardımın yanında) aparılıb. Aidiyyəti qurumun əməkdaşları tərəfindən işlədilməyən, köhnə işıq dirəkləri xüsusi texnika vasitəsi ilə ərazidən aparılıb.
Qeyd edək ki, yolun əks tərəfində bir müddət əvvəl yeni işıq dirəkləri quraşdırılmışdır.