Sumqayıtda fəaliyyət göstərən məktəblərdə kompüterlərin sayının artırılması planlaşdırılır.
Sumqayıt24-ün məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinq zamanı deyib. Onun sözlərinə görə, prosesin bi il icrası nəzərdə tututulub. Bununla da summativ qiymətləndirilmə onlayn qaydada keçirilə bilər.
"Növbəti ildən qiymətləndirilmənin həmin formatda keçirilməsinə nail ola bilərik",- deyə, Əmrullayev əlavə edib.