Sumqayıtda istedadlı şair Xaqani Ayxanın yeni şeirlər kitabının təqdimatı olacaq. Sumqayıt24 bu haqda sosial şəbəkələrdə yayılan məlumata əsasən xəbər verir.
"Ağaclar payızda çiçəkləyəndə" adlı kitabın təqdimat mərasimi 22 yanvar, saat 12:00-da "Poeziya evi"ndə (9-cu mikrorayon, "Heydər Əliyev” parkı ərazisində) təşkil olunacaq.
Kitabın redaktoru böyük şair Zirəddin Qafarlı, "Ön söz"ün müəllifi isə görkəmli tənqidçi Vaqif Yusiflidir.
Müəlliflə əlaqə: (050) 843-21-16.