Sumqayıtda “Mədəniyyət paytaxtımız” adlı hesabat konserti keçirilib. Bu haqda bu gün, 19 may tarixində Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən xəbər veririk.
Konsert F.Əmirov adına 5 nömrəli uşaq musiqi məktəbində baş tutub. Tədbirdə müəssisələrin rəhbərləri, müəllimlər və valideynlər iştirak ediblər. Burada Üzeyir Hacıbəyovun “Sənsiz”, Rauf Hacıyevin “Gənclik nəğməsi” və Ələkbər Tağıyevin “Azərbaycan” mahnısı səslənib.
Tədbirin sonunda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi çıxış edərək tədbirlər planının əhəmiyyətindən bəhs edib.