Sumqayıtda qadın hakimin qərarını qanunsuz hesab etdiyinə görə məhkəmədə intihara cəhd edib. Bu haqda 6 mart tarixində Sumqayıt24 Qafqazinfo.az-a istinadən xəbər verir.
Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, barəsində inzibati icraat aparılan Günay Əliyeva Sumqayıt Apellyasiya Məhkəməsində hər iki biləyini ülgüclə kəsib.
Vəkil məhkəmənin tibb məntəqəsinin işləmədiyini və təcili tibbi yardım briqadasının binaya gec gəldiyini deyib. Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, məhkəmə qərarını icra etməməyə görə barəsində icraat aparılan G.Əliyeva daha əvvəl Abşeron Rayon Məhkəməsinin qərarı ilə 1.000 manat cərimə edilib. Lakin bu gün Sumqayıt Apellyasiya Məhkəməsi həmin qərarı dəyişdirərək ona 10 sutka inzibati həbs cəzası təyin edib. Qadın isə hakim Rəşadət Ağayevin qərarını qanunsuz hesab edərək bu addımı atıb.