Müxtəlif məhkəmələrdən Bakı Hərbi Məhkəməsinə hakimlər ezam olunub.
Sumqayit24.az xəbər verir ki, onların arasında Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyev da var. Onların Bakı Hərbi Məhkəməsinə hakim çatışmazlığı ilə bağlı ezam olunduqları bildirilir.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib, hazırda icraatında olan yarımçıq işlərə baxır.