H.Z. Tağıyev qəsəbəsində ulu öndər Heydər Əliyevin yubileyi ilə bağlı tədbir keçirilib. Bu barədə 23 fevral tarixində Sumqayıt24 xəbər verir.
"Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzusunda görüş 19 saylı məktəbdə təşkil edilib. Burada qəsəbə icra nümayəndəsi, təhsil ocağının rəhbərliyi, müəllim-şagird kollektivi və qəsəbə ağsaqallar şurasının üzvləri iştirak ediblər.