top
Sumqayıt məktəbində repetitorluq və maliyyə qalmaqalı
27 fevral 2025, 06:57
- ↺ +

Sumqayıt məktəbində repetitorluq və maliyyə qalmaqalı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli məktəbdə aparılan maliyyə yoxlamalarının nəticələri narazılıqlara səbəb olub.

Oxu.az-ın məlumatına görə, bununla bağlı paylaşım sosial şəbəkədə geniş müzakirə mövzusuna çevirib.

Qeyd olunub ki, aparılan yoxlamadan sonra təsərrüfat işləri və təlim-tərbiyə üzrə müavinlər vəzifələrindən azad edilsələr də, məktəbin direktoru Elmira Yaqubova vəzifəsində qalıb.

"Məktəbdə dərs bölgüsü və digər səlahiyyətlərin birbaşa direktorun nəzarətində olduğu nəzərə alınarsa, o niyə yoxlama nəticələrindən kənarda qalıb?", - deyə sual olunub.

Edilən paylaşımda məktəbdəki qanunsuz fəaliyyətlər barədə iddialar da gündəmə gəlib.

İddia olunub ki, ikinci növbədə məktəbin yuxarı mərtəbələrində, demək olar ki, dərs keçilmir:

"Qaydalara görə, II, III, IV, V, VI və VII siniflər ikinci növbəyə salınmalı olduğu halda, bəzi siniflər maddi maraq qarşılığında birinci növbəyə keçirilib. Nəticədə məktəbin ikinci və üçüncü mərtəbələrində olan siniflər həmin məktəbdə işləyən və işləməyən müəllimlərə repetitorluq fəaliyyəti göstərmələri üçün icarəyə verilib. Həmin müəllimlər isə öz növbəsində bu məktəbin şagirdləri ilə yanaşı digər məktəb şagirdlərinə də orada həmin siniflərdə repetitorluq edirlər".

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbdə hər hansı maliyyə yoxlaması aparılmayıb.

"Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbində idarə tərəfindən maliyyə yoxlanılması aparılmayıb. Bununla yanaşı, idarənin fəaliyyət planına uyğun olaraq məktəblərdə təlim-tərbiyə prosesinin təşkilinin monitorinqi həyata keçirilib, sözügedən məktəbin direktor müavinləri ilə bağlanmış əmək müqaviləsinə təhsil müəssisəsinin rəhbəri tərəfindən xitam verilib.

Müraciətdə qeyd edilən digər iddialar üzrə konkret fakt Abşeron-Xızı Regional Təhsil İdarəsinə təqdim olunarsa, dərhal araşdırma aparılacaq və hüquqi addımlar atılacaq", - deyə məlumatda vurğulanıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 39-cu günü: XRONİKA

İdman
Dünən, 18:51

Sumqayıtlı karateçi Avropa çempionu oldu

Bütün xəbərlər
Dünən, 18:35

STM-in direktor əvəzi: "Xilas etdiyimi əsgərin şəhid olması xəbərini eşitmək çox ağırdır"

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıt məktəblilərindən olimpiadada yüksək nəticə

Bütün xəbərlər
Dünən, 17:58

Novxanılı milyonçu kabinetə müğənni çağırdı, oriental rəqs tələb etdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtın sərnişin avtobusunda tüstülənmə - İDDİA

Bütün xəbərlər
Dünən, 17:39

Sumqayıtdakı kanalizasiya problemi ilə bağlı açıqlama

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtda yeni uşaq bağçası açılır – qəbul başladı

Bütün xəbərlər
Dünən, 16:56

Sumqayıtda daşan su kanalında problem həll edildi

Bütün xəbərlər
Dünən, 16:51

Rüfət Nasosnu "od püskürdü": "Bu özbaşınalığa son qoyulsun"

İdman
Dünən, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Dünən, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Dünən, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

İdman
Dünən, 12:55

"Sumqayıt" – "Şəfa" matçını bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Dünən, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıtlı şəhid anası vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Bütün xəbərlər
Dünən, 11:15

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə d*ydü

Bütün xəbərlər
Dünən, 10:50

24 yaşlı Sumqayıt sakini qəzada həlak oldu

Bütün xəbərlər
Dünən, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Dünən, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Oxşar xəbərlər