Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə “Mənim sinfim” müsabiqəsi keçiriləcək. Bu haqda 12 mart tarixində Sumqayıt24 xəbər verir.
Sinif rəhbərlərinin iştirakı ilə keçirilən müsabiqə 3 mərhələdə təşkil ediləcək. Məktəb, zona və region üzrə olmaqla müsabiqədə müəyyən edilmiş meyarlar əsasında sinif rəhbərləri qiymətləndiriləcək və hər təhsil səviyyəsi üzrə 1 nəfər, ümumilikdə 3 nəfər sinif rəhbəri qalib seçiləcək.
Layihənin məqsədi şagirdlərin təhsil nailiyyətlərinin artırılmasında xüsusi yanaşmalar tətbiq edən qabaqcıl sinif rəhbərlərinin müəyyən edilərək təcrübəsinin digər məktəblərə yayılmasıdır.