“Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçiriləcək. Sumqayıt24 bu haqda 6 fevral tarixində xəbər verir.
Birincilik Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunub. Sumqayıt Dünya Məktəbi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyi və Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının təşkil etdiyi yarışa Sumqayıt məktəblərinin 8-11-ci sinif şagirdləri qatıla bilərlər.
Tarix: 9 fevral.
Vaxt: 15:00.
Ünvan: Sumqayıt Heydər Əliyev Mərkəzi.
Qeydiyyatdan linki: https://forms.gle/aQiLenkwYuet4vy76.