Sumqayıt Dövlət Universiteti tərəfindən tarix fənni üzrə olimpiada keçirilib. Sumqayıt24 bu haqda 13 iyul tarixində Abşeron - Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Bilik yarışmasında Sumqayıt məktəbliləri uğurlu nəticələr əldə ediblər. Belə ki, 9-cu sinif üzrə 4, 5, 23 nömrəli məktəb, 10-cu sinif üzrə 2, 9, 43 nömrəli məktəb, 11-ci sinif üzrə isə 12, 27 nömrəli məktəblər və Təfəkkür liseyinin şagirdləri I, II və III yerlərin sahibi olublar.