Sumqayıt Melioservis İdarəsi tərəfindən Xızı rayonunda işlər aparılır. Sumqayıt24 bu haqda 5 iyul tarixində Azərtac-a istinadən xəbər verir.
İdarə əməkdaşları rayon ərazisində yerləşən kollektor drenaj sistemini lil və kol-kosdan təmizləyir. Uzunluğu 13 kilometr olan kollektor-drenaj şəbəkəsinin təmizliyinə xüsusi texnika cəlb olunub. Nəticədə əkin sahələrindən qrunt sularının qısa müddətdə dənizə ötürülməsinə nail olunur. Bununla da torpaqların münbitliyi artır və məhsuldarlıq yüksəlir.