Sumqayıt şəhərində dezinfeksiya işləri davam etdirilir. Bu haqda Dünya TV bu gün, 7 yanvar tarixində məlumat yayıb.
Şəhərin mikrorayon və məhəlləri təmizlənir. Binaların girişləri, pilləkanları, tutacaqları, uşaq meydançaları və liftlər xüsusi məhlullarla dezinfeksiya edilir.
İşlər Gigiyena və Epidemiologiya mərkəzinin nümayəndələri və Mənzil Kommunal Sahələrin əməkdaşları tərəfindən aparılıb.
Tibbi-profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.