Dövlət sifarişi ilə ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunanların sayına görə Sumqayıt ön yerlərdədir. Sumqayıt24 bu haqda 8 iyul tarixində Dövlət İmtahan Mərkəzinin elmi-statistik hesabatına istinadən xəbər verir.
Bu yerlərə qəbul olunma göstəricisinə görə, ənənəvi olaraq, Təhsil Nazirliyinin tabeliyində olan liseylər və özəl liseylər respublikanın digər ümumtəhsil müəssisələrini qabaqlayır. Bu liseylərin hər 100 məzunundan təxminən 33-34-ü dövlət sifarişi əsasında ayrılan yerlərə qəbul olunub.
Qeyd edək ki, rayon məzunlarının dövlət sifarişi üzrə ayrılan yerlərə qəbul olunma faizi 2-3 dəfə aşağı olub.