"Sumqayıt" futbol klubu növbəti matça çıxacaq.
Sumqayit24.az xəbər verir ki, "kimyaçılar" Premyer Liqanın 3-cü turunda "Şamaxı"nı qəbul edəcək.
Oyun 29 avqust saat 18:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Qarşılaşma "CBC Sport" kanalından canlı yayımlanacaq
Xatırladaq ki, "Sumqayıt" bu mövsümə "Kəpəz" və "Qarabağ" üzərində qələbələrlə başlayıb.