Sumqayıt Paralimpiya Kompleksinin direktoru Milli Paralimpiya Komitəsinin vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb. Sumqayıt24 bu haqda bu gün, 29 aprel tarixidnə Oxu.az-a istinadən xəbər verir.
Qərar bu gün keçirilən iclas zamanı qəbul edilib. Məlumata görə, 21 fevral 2020-ci ildə komitənin I vitse-prezidenti seçilmiş Yaşar Hacıyev tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, Hacıyev qurumun İcraiyyə Komitəsində işini davam etdirəcək.