Sumqayıtda lisey binasında kişi meyiti tapılıb. Sumqayıt24 bu barədə 30 yanvar tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə şəhərin 42-ci məhəlləsində yerləşən 10 saylı peşə liseyində qeydə alınıb. Araşdırmalar nəticəsində meyitin Sumqayıt şəhər sakini, 64 yaşlı İlham Piriyevə məxsus olması müəyyən edilib. Hadisənin təfərrüatları məlum deyil.
Faktla bağlı araşdırma aparılır.