Sumqayıtda bu gün, 18 dekabr səhər saatlarında qəza nəticəsində bir nəfər dünyasını dəyişib. Bu haqda APA məlumat yayıb.
Məlumata əsasən, hadisə H.Z.Tağıyev qəsəbəsində “Şirvan” körpüsü adlanan ərazidə baş verib. 35 yaşlı Rəşidə Məmmədova dayanacaqda duran zaman onu “Mercedes” markalı avtomobil vurub. Qadın yerindəcə dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.