Sumqayıt şəhərinin H.Z. Tağıyev qəsəbəsində olan poçt binası baxımsız vəziyyətdədir. Bu haqda Sumqayıt24-ə bu gün, 17 yanvar tarixində məlumat daxil olub.
Xətai küçəsində yerləşən bina uzun illərdir ki, təmir olunmur. Binanın üz örtüyü sökülüb, ərazidə olan tamet daşlar yerindən çıxıb, çəpərlər isə çatlayıb.
Daxili problemlərlə yanaşı, poçtda daimi olaraq növbə yaranır. Sakinlər bildiriblər ki, burada 1 ədəd kompyuter işləyir. Bu səbəbdən də xidmətlərdən istifadə etmək çətinləşir. [modula id="8106"]