Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Elvin Əlizadənin “-29” kitabının təqdimat və imza mərasimi keçirilib. Sumqayıt24 bu haqda bu gün, 18 aprel tarixində DünyaTV-ə istinadən xəbər verir.
Məlumata əsasən, Sumqayıt poeziya evində keçirilən tədbirdə yazıçının dost və doğmaları, qələm dostları iştirak ediblər.
Mərasimdə əməkdar artist Cəlal Məmmədov, poeziya evinin direktoru İbrahim İlyaslı, Yazıçılar Birliyinin sədr müavini Rəşid Məcid, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, eləcə də şair, publisist Əşrəf Veysəlli və digər şəxslər iştirak ediblər. Onlar şairi, ilk kitabının çapdan çıxması münasibətilə təbrik ediblər.