Polietilen istehsalı sexində yanğın baş verib. Sumqayıt24 bu haqda 1 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə Sumqayıt şəhərində qeydə alınıb. Ümumi sahəsi 600 kv.m olan obyektin yanar konstruksiyaları, içərisində olan avadanlıq və polietilen yanıb. Ərazidə 1000 kv.m sahəyə yığılan materiallar və sahəsi 60 kv.m olan tikili mühafizə olunub.
FHN-in bölmələri tərəfindən alovun qarşısı alınıb.