Sumqayıt poliqonunda istehlaka yararsız və istifadə müddəti bitmiş 1010 kq müxtəlif növ məhsul utilizasiya edilib. Bu haqda bu gün, 10 iyun tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, məhv edilmiş məhsullar “Merano-Baku” MMC-yə məxsus idi. Utilizasiya prosesi “Təhlükəli Tullantılar” MMC-nin poliqonunda aparılıb.