Sumqayıtda “AZ FP CO LTD” MMC-yə məxsus qida məhsulları məhv edilib. Bu barədə 7 yanvar tarixində Sumqayıt24 AQTA-ya istinadən xəbər verir.
Utilizasiya prosesi “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus poliqonda həyata keçirilib. 72 adda, 12.5 tona yaxın müxtəlif növ süd məhsulu məhv edilib.