Sumqayıt poliqonunda istehlaka yararsız və istifadə müddəti bitmiş 17.696 kiloqram xammal və qatqı utilizasiya edilib. Bu haqda bu gün, 24 fevral tarixində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
18 adda məhv edilmiş məhsul “AZ FP CO LTD” MMC-yə məxsus idi. Həmin məhsullar “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda utilizasiya edilib.
Daha öncə, adı çəkilən şirkətin 8984,02 kiloqram məhsulu məhv edilmişdir.